Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb
Far.Az xəbər saytı

Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb


Ermənistanın Baş naziri Nikol Paşinyan narkotik qaçaqmalçılığına qarşı mübarizəni xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biri adlandırıb və Milli Təhlükəsizlik Xidmətinin (MTX) potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Report"un erməni KİV-ə istinadən verdiyi məlumata görə, o, bunu peşə bayramı münasibətilə MTX-i ziyarəti zamanı bildirib.

Paşinyanın sözlərinə görə, xüsusi xidmət orqanları ayrı-ayrı hallarla və lokal ocaqlarla mübarizə ilə kifayətlənməməli, narkotik qaçaqmalçılığı mərkəzlərinin aşkar edilməsi və qarşısının alınmasına diqqət yetirməlidirlər.

O həmçinin qeyd edib ki, Ermənistan silah və hərbi texnika alır, lakin onların tətbiqindən yayınmağa ümid edir:

"Biz silah və hərbi texnikanı onları heç vaxt tətbiq etməmək ümidi ilə alırıq. Bu, son dərəcə vacibdir, çünki Milli Təhlükəsizlik Xidməti çox güclü komponentlərə malik olmalıdır. Onun xüsusi təyinatlı qüvvələri nəhəng imkanlara sahib olmalıdır. Lakin güc tətbiq etmək zərurətindən yayınmaq MTX-in əsas vəzifəsi olmalıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər