Dini konfessiyaların Məşvərət Şurası Prezidentə təşəkkür məktubu ünvanlayıb
Far.Az xəbər saytı

Dini konfessiyaların Məşvərət Şurası Prezidentə təşəkkür məktubu ünvanlayıb


Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurası Prezident İlham Əliyevə maliyyə yardımı ilə əlaqədar təşəkkür məktubu ünvanlayıb.

Far.Az xəbər verir ki, məktubda Azərbaycan dini icmalara göstərilən yüksək diqqət və qayğıya, əməli dəstəyə görə dərin ehtiram və minnətdarlıq ifadə edilib.

"Biz, Azərbaycandakı dini konfessiyaların başçıları, Sizin şəxsiyyətinizlə, ölkədaxili və bəşəri əhəmiyyət kəsb edən qərar və təşəbbüslərinizlə fəxr edir, dünya müstəvisində qazandığınız etimad səviyyəsi ilə qürur duyuruq. Azərbaycan Sizin öndərliyinizlə müdrik dövlət idarəçiliyi nümunəsi ilə göstərir ki, ənənəvi dəyərlərə ehtiram, multikultural irs və dinc yanaşı yaşamaq mədəniyyəti sayəsində dövlətlər necə böyük zəfərlər qazana, xarüqələr yarada bilərlər" - deyə, din xadimləri qeyd ediblər.

Azərbaycan din xadimləri məktubda qeyd ediblər ki, bütün dindarlar hər zaman ölkə rəhbərinin yanındadırlar, və onun müdrik daxili və xarici siyasətini dəstəkləyirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər