Türkiyənin yardım gəmisi Sudana yola salınıb
Far.Az xəbər saytı

Türkiyənin yardım gəmisi Sudana yola salınıb


Türkiyənin yardım gəmisi Mersin limanından Sudana yola salınıb.

"Report" xəbər verir ki, bununla bağlı Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial şəbəkəsində paylaşım edib.

Yolasalma mərasiminə AFAD rəhbərliyi, Mersin valisi, millət vəkilləri və Qətər İnkişaf Fondunun nümayəndələri qatılıblar.

Gəmidə ərzaq, geyim, sığınacaq, gigiyena və tibbi ləvazimatlardan ibarət təxminən 2 600 ton humanitar yardım var. Yardım gəmisi "Port Sudan" limanına doğru yola çıxıb.

Xatırladaq ki, Türkiyə 2024 və 2025-ci illərdə də Sudana yardım edib.

Qeyd edək ki, Sudanda 2023-cü ildən bu yana vətəndaş müharibəsi gedir və minlərlə insan həlak olub. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri ABŞ-nin çağırışı ilə atəşkəsə razılıq versələr də, bu, uzun müddət davam etməyib. 2025-ci ilin son aylarında insan qırğını əsasən Darfur vilayətinin Əl-Faşir şəhərində qeydə alınıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər