Qazaxıstanda dövlətə 3,7 milyon dollar ziyan vuran şəxslər saxlanılıb
Far.Az xəbər saytı

Qazaxıstanda dövlətə 3,7 milyon dollar ziyan vuran şəxslər saxlanılıb


Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti Qərbi Qazaxıstan vilayətinin Dövlət Gəlirləri Departamentinin idarəsinin rəhbərlərindən birini və Astana sakinini saxlayıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, həmin şəxslər dövlət sərhədindən malların qanunsuz yolla idxalının qarşısının alınmasından sonra saxlanılıb.

"Bu şəxslər pul mükafatı qarşılığında xarici vətəndaşlara istehlak mallarının ölkəyə maneəsiz gətirilməsində köməklik ediblər. Onların 100 milyon təngədən artıq məbləğdə (təxminən 196 min dollar) rüşvət alması prosessual qaydada sənədləşdirilib", - məlumatda bildirilib.

İlkin qiymətləndirmələrə görə, dövlətə 1,9 milyard təngə (3,7 milyon dollar) ziyan dəyib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər