Ermənistanda 2025-ci ildə bir sıra ərzaq məhsullarının qiyməti artıb
Far.Az xəbər saytı

Ermənistanda 2025-ci ildə bir sıra ərzaq məhsullarının qiyməti artıb


Ermənistanda 2025-ci ilin yanvar-dekabr aylarında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3%, noyabr ayı ilə müqayisədə isə 1,2% təşkil edib.

"Far.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatlarında əksini tapıb.

Statistikaya görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri noyabr ayı ilə müqayisədə 0,4-1,4% artıb. Bu zaman nisbətən yüksək inflyasiya səviyyəsi paytaxtda qeydə alınıb. 2025-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətlərinin orta aylıq artımı 0,3% təşkil edib (ötən ilin eyni dövründə 0,1% artım qeydə alınmışdı).

Ərzaq bazarında il ərzində xüsusilə ət, yarma, yağ, süd məhsulları və spirtli içkilərin qiyməti artıb, tərəvəzlərin qiyməti isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 7,5% azalıb.

2025-ci ildə benzin və dizel yanacağının qiymətləri ümumilikdə müvafiq olaraq 2,2% və 4,1% azalıb. 2025-ci ilin dekabr ayı üçün ABŞ dollarına qarşı erməni dramının orta hesablanmış məzənnəsi 381,5 dram təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər