İranın XİN rəhbəri Uitkoff ilə əlaqələrin davam etdiyini təsdiqləyib
Far.Az xəbər saytı

İranın XİN rəhbəri Uitkoff ilə əlaqələrin davam etdiyini təsdiqləyib


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlamağa davam edir.

"Report" xəbər verir ki, bu barədə A.Əraqçi "Al Jazeera"ya müsahibəsində bildirib.

"Uitkoffla danışıqlarımız etiraz aksiyalarından əvvəl, sonra və hələ də davam edir", - o deyib.

Uitkoff ilə mümkün görüşə gəlincə, Əraqçi: "hazırda araşdırılan ideyalar var", - bildirib.

Daha əvvəl "Axios" mənbələrə istinadən xəbər verib ki, İranın XİN rəhbəri və ABŞ Prezidentinin xüsusi nümayəndəsi telefon danışığında etirazlar fonunda İslam Respublikasındakı vəziyyəti müzakirə ediblər.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər