"Kazmortransflot" ötən il Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb
Far.Az xəbər saytı

"Kazmortransflot" ötən il Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb


"Kazmortransflot" ("Kazmunaygaz"ın törəmə şirkəti, KMG) 2025-ci ildə Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb.

Bu barədə "Far.Az" KMG-yə istinadən xəbər verir.

"Ötən ilin yekunları üzrə, KMG-nin törəmə şirkəti Xəzər dənizi ilə konteyner daşımalarında davamlı artım nümayiş etdirərək Qazaxıstanın tranzit-nəqliyyat potensialının inkişafında mövqelərini möhkəmləndirib. Belə ki, ötən il Aktau-Bakı-Aktau fider xətti üzrə 59,4 min TEU (20 fut ekvivalentində) konteyner daşınıb. Bu göstərici 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 %-dən çoxdur", - məlumatda qeyd edilib.

Bildirilib ki, bununla bağlı müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımalara tələbatın artması ilə bağlıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın 2025-ci ildə tranzit və yükdaşımada əldə etdiyi nailiyyətlər - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər