Rza Pəhləvi İrandakı mümkün çevrilişdən sonra İsrailin dövlət kimi tanınacağını açıqlayıb
İranın son şahının böyük oğlu Rza Pəhləvi İslam Respublikasının mümkün süqutundan sonra təsis ediləcək dünyəvi dövlətin əsas siyasi xəttini açıqlayıb.
"Report" xəbər verir ki, Pəhləvinin iranlılara müvafiq müraciəti onun "X" sosial şəbəkə hesabında paylaşılıb.
O bildirib ki, ilk növbədə, İranın hərbi nüvə proqramı sonlandırılacaq, regional və qlobal tərəfdaşlarla birlikdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına və radikal islamizmə qarşı mübarizə aparacaq.
"ABŞ ilə münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluğumuz bərpa olunacaq. İsrail dövləti dərhal tanınacaq. Biz "İbrahim sazişləri"ni genişləndirərək azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirəcək "Kir" razılaşmalarına çevirməyə çalışacağıq", - o qeyd edib.
R. Pəhləvi əlavə edib ki, demokratik İran öz iqtisadiyyatını ticarətə, investisiyaya və innovasiyaya açacaq, dünyaya sərmayə qoymağa çalışacaq.
"İslam Respublikasının süqutu və İranda dünyəvi, demokratik hökumətin qurulması yalnız xalqımın ləyaqətini bərpa etməyəcək, həm də regiona və dünyaya fayda verəcək", - Pəhləvi sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













