İsmail Safi: Azərbaycan Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürüdür
Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur.
Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Ankara Medipol Universitetinin müəllimi İsmayıl Safi deyib.
Onun sözlərinə görə, Şərqlə Qərbin kəsişməyində yerləşən Azərbaycan coğrafi mövqeyi baxımından mühüm çox böyük əhəmiyyətə malikdir:
"Hazırda dünyanın ən böyük iqtisadiyyatlarından biri Çindədir, bu ölkənin nəhəng sənaye potensialı var. Orada istehsal olunan trilyonlarla dollarlıq mallar əvvəllər Yaponiya, Avropa, Şimali Amerika bazarlarına çıxarılırdı. Amma Yaxın Şərq, Qafqaz, Anadolu və Mərkəzi Asiya bu ticarətdən müəyyən qədər kənarda qalırdı. Amma indi vəziyyət dəyişməyə başlayıb. Qeyd edim ki, Azərbaycanın Qarabağ zəfərindən sonra daha qətiyyətli siyasət yürütdüyü müşahidə olunur. Hazırda Qafqazın gözü olan Azərbaycanın gücü hər kəsə məlumdur. Qarabağ qələbəsi ilə yeni reallıqlar yaranıb və bu, beynəlxalq ticarətdə də özünü göstərməkdədir".
İ.Safi qeyd edib ki, Ermənistan mövcud şəraitdə Azərbaycan və Türkiyənin sülhə xidmət edən addımlarını düzgün qiymətləndirməlidir:
"Türkiyə normallaşma prosesində Azərbaycanla birgə hərəkət edir. Ermənistan anlamalıdır ki, o yalnız Azərbaycanla anlaşacağı təqdirdə Türkiyə ilə quru sərhədinin açılışı gerçəkləşəcək. Hazırda Paşinyan Türkiyə və Azərbaycan rəhbərliyi ilə münasibətlərində loyallığı qoruyur və sülhü dəstəkləməyə cəhd edir. Ümid edirəm ki, bu, davam edəcək və Ermənistan davamlı sülhü seçəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













