Azərbaycanın Gürcüstandakı səfiri BP-nin regional prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev "British Petroleum" (BP) şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli ilə görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən görüşdə səfir Faiq Quliyev G.Kristofolini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Diplomat Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıqdan, regional əhəmiyyət daşıyan layihələrdən və Azərbaycanın Cənubi Qafqazda tərəqqi, rifah və təhlükəsizliyin təmin olunmasındakı mövqeyindən bəhs edib.
Görüş zamanı Azərbaycanın enerji siyasəti, bu sahədə xarici tərəfdaşların artan marağı və BP ilə mövcud əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanıb. Səfir F.Quliyev Azərbaycanın regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Öz növbəsində Gio Kristofoli səmimi qəbula görə təşəkkürünü bildirərək, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb və Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva da iştirak ediblər. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













