AYNA daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutları üzrə müsabiqələrin qaliblərini elan edib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
"Far.Az" AYNA-ya istinadən xəbər verir ki, Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir oğlu, Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid Həsən oğlu, Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman Əli oğlu, Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə isə fiziki şəxs Əlixanov Ceyhun Fakir oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AYNA: Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













