İlham Əliyev Davosda "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb
Far.Az xəbər saytı

İlham Əliyev Davosda "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

"Far.Az"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, görüşdə "DP World" şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib.

Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olunub. Bu xüsusda "DP World" şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər