Bolqarıstan Prezidenti istefa verəcəyini bildirib
Bolqarıstan Prezidenti Rumen Radev verəcəyini bildirib.
"Far.Az"un məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin "Facebook" səhifəsində yayımlanıb.
"Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm", - deyə Radev bildirib.
O həmçinin səhvlərə yol verdiyini və işi sona çatdıra bilmədiyini vurğulayıb.
"Lakin məhz bizim uğur qazanacağımıza olan inamım bu qərarımın əsas motivlərindən biridir. Sabah mən Bolqarıstan Respublikasının Prezidenti postundan istefa verəcəyəm. Əminəm ki, İliana Yotova (Bolqarıstanın vitse-prezidenti - red.) layiqli dövlət başçısı olacaq. Doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm", - deyə Rumen Radev əlavə edib.
Oxşar xəbərlər
Bolqarıstan Prezidenti istefa verib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Rumen Radev: “Şaquli Qaz Dəhlizi regionlararası əməkdaşlığı daha yetkin mərhələyə aparır”
Trampın xalqa müraciəti: İnvestisiya, təhlükəsizlik və ABŞ-nin yeni nailiyyətləri - YENİLƏNİB
"Facebook" taxtdan düşdü: Azərbaycan sosial mediada "Instagramı" seçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













