Azərbaycan Prezidenti: Ermənistan istisna olmaqla regionda qonşularla işlək dost münasibəti yarada bilmişik
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti: Ermənistan istisna olmaqla regionda qonşularla işlək dost münasibəti yarada bilmişik


Azərbaycan Prezidenti İlham Əliyev ölkənin yerləşdiyi regionda Ermənistan istisna olmaqla digər qonşularla işlək dost münasibətlərin yaradıldığını bəyan edib.

"Far.Az"un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə çıxış edən İlham Əliyev digər ölkələrlə iqtisadi ixrac münasibətlərin qurulduğunu deyib.

"Hətta hazırda Ermənistana yüklərin daşınması istiqamətində məhdudiyyəti qaldırmışıq. Hazırda Ermənistandan Rusiyaya yüklərin daşınması ilə bağlı şəraitin yaradılması üçün müraciət edilib. Biz müxtəlif dəhlizlər qurmuşuq. Hazırda bu yollar Gürcüstandan keçir, bir müddət sonra Ermənistandan keçəcək, sonra oradan Azərbaycana. Düşünürəm ki, bu tarix yaxındır".

Dövlət başçısı Azərbaycanın Türkiyə ilə qardaş ölkə olaraq müxtəlif əlaqələr yaratdığını deyib və Azərbaycanın Türkiyədə investisiyalarının 20 milyard dolları üstələdiyini qeyd edib

"Eyni zamanda Gürcüstanda ən böyük xarici investor kimi çıxış edirik. Hazırda ABŞ nəzarətində olan böyük bir bağlantı layihəsinin yaranmasının şahidi oluruq. Yeni dəhlizlər yaranacaq, bu dəhlizlərin çox olması həm tranzit ölkələr, həm də idxalçılar və ixracatçılar üçün yaxşıdır".

İlham Əliyev bəyan edib ki, regionda əldə etmək istəkləri reallaşdırılmasa qlobal səviyyədə də iddialar mənasızdır:

"Xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişafı, eyni zamanda Türkiyə ilə Ermənistan arasında yaxınlaşma iki paralel gedən prosesdir. Məsələlərin həlli paralel baş verəcək və bununla da Avrasiyanın böyük bir bölgəsində bağlantı, təhlükəsizlik, sülh və sabitlik üçün münbit şərait yaradırıq. Bu uzun müddət davam edən münaqişələrin sülhlə nəticələnməsinin bariz nümunəsi olacaq".

Oxşar xəbərlər

Prezident və xanımı Davos Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər