Vuçiç: Prezident İlham Əliyev mənim dostumdur
Azərbaycan Prezidenti İlham Əliyev mənim dostumdur.
"Report"un Davosa ezam olunan müxbiri xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı bildirib.
Vuçiçin sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya əhali sayına görə nisbətən kiçik ölkələr olmasına baxmayaraq, gələcəkdə onların rolu yalnız artacaq.
"Əminəm ki, gələcəkdə bizim əhəmiyyətimiz artacaq. Ermənistanda təxminən 3 milyon insan, Serbiyada 7 milyon, Azərbaycanda isə 10 milyon insan yaşayır. Biz bir-birimizlə ortaq dil tapmağa və bir çox işləri birlikdə görməli olacağıq. Çünki bu gün qaydaların olmadığı dünyada "böyük balıq kiçik balığı yeyir" prinsipi işləyir və bunu açıq şəkildə deyirlər - hətta bunu gizlətməyə cəhd belə etmirlər", - o qeyd edib.
Serbiya Prezidenti əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayaraq, alternativin ya böyük geosiyasi bloklara daxil olmaq, ya da öz suverenliyini və müstəqilliyini qorumaq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya xalqları ikinci yolu seçəcəklər - bütün tərəfdaşlarla əməkdaşlığa açıq olmaqla milli maraqlar qorunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













