Xaçatryan: Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması vacibdir
Ermənistan və Türkiyə yaxşı qonşuluq münasibətlərini dəstəkləməlidir və iki ölkə arasında sərhədlərin açılması regionun iqtisadi inkişafı üçün çox vacibdir.
"Report"un Davosa ezam olunan müxbiri xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Dünya İqtisadi Forumunda deyib.
"Siyasətdə maraqlar mövcuddur. Lakin bu maraqlar ölkələrimizin iqtisadi inkişafı, xalqlarımızın rifahı, qonşularla mehriban qonşuluq, sülh və dostluq münasibətləri ilə bağlı olmalıdır. Türkiyə ilə də eyni vəziyyət vacibdir. Əgər biz xüsusi olaraq problemlər axtarsaq, onları taparıq. Lakin buna ehtiyac yoxdur. Bizim qonşumuz var - Türkiyə, və biz onunla qonşu olmalıyıq", - o qeyd edib.
Xaçatryanın sözlərinə görə, region ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir: "Biz sərhədləri açmalıyıq - İranla olduğu kimi, Gürcüstanla olduğu kimi. Mən Ermənistanın nümunəsini gətirirəm. Bütün bu ölkələrdə baş verən proseslərə və hadisələrə müxtəlif yanaşmalar, müxtəlif qiymətləndirmələr mövcuddur. Lakin sonda Ermənistanın marağı da var ki, bu da sülh, yaxşı qonşuluq münasibətləri və qarşılıqlı faydalılıq prinsipləri ilə üst-üstə düşür. Bu ümumi maraqdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













