Azərbaycan Prezidenti: "Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik"
"Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Dövlətimizin başçısı COP29 ilə bağlı əsassız tənqidlərin daha çox olduğunu qeyd edərək bildirib: "Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













