Misir Prezidenti beynəlxalq konfrans iştirakçılarını qəbul edib
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İslam Məsələləri üzrə Ali Şuranın təşkilatçılığı ilə keçirilən "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.
Far.Az xəbər verir ki, Misir Prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, konfrans müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platformadır. Əbdülfəttah əs-Sisi Konfrans çərçivəsində aparılan müzakirələrin İslam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və İslamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub. Konfrans Misir Prezidentinin himayəsi altında keçirilir, İslam Məsələləri üzrə Şura və Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Dini Komitənin sədri Misir Prezidenti ilə görüşdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













