Təbrizin əsas prospektində dövlət məktəbləri bağlanıb
Far.Az xəbər saytı

Təbrizin əsas prospektində dövlət məktəbləri bağlanıb


İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin əsas yolu sayılan Vəli-əsr prospektində yerləşən dövlət məktəbləri bağlanıb.

"Far.Az"un məlumatına görə, şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) vəziyyətə tam nəzarət edir.

Məlumata əsasən, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda sosial-iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları başlayıb və iki həftədən çox davam edib. Hakimiyyət bu yürüşləri güc strukturları vasitəsilə yatırıb. Aksiya nəticəsində xeyli ölən, yaralanan və həbs edilən etirazçı var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər