Sabah İstanbulda Balkan Sülh Platformasının növbəti toplantısı keçiriləcək
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə yanvarın 23-də İstanbulda Balkan Sülh Platformasının ikinci iclası keçiriləcək.
"Far.Az"un yerli bürosunun məlumatına görə, toplantıya Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya XİN başçılarının qatılacağı gözlənilir.
İclasda regional mülkiyyət prinsipinin əhəmiyyəti, Balkan Sülh Platformasının mövcud regional və beynəlxalq proseslərə alternativ deyil, əksinə, onları tamamlayacaq və dəstəkləyəcək bir vasitə olması, Türkiyənin Balkanlarda sülhə, dialoqa və rifaha töhfə verəcək konkret layihələrə əsaslanan əməkdaşlıq üçün zəmin yaratması, Avropa İttifaqının genişlənmə prosesinin regional həssaslıqları nəzərə alan və birləşdirici bir çərçivədə aparılmasının vacibliyi vurğulanacaq.
Qeyd edək ki, Balkan Sülh Platforması Türkiyənin rəhbərliyi ilə regional mülkiyyət anlayışına əsaslanaraq bölgə məsələlərinə davamlı həll yollarının tapılmasına töhfə vermək məqsədilə qurulub. Platformanın ilk iclası 2025-ci il iyulun 26-da İstanbulda keçirilib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













