Mahmud Abbas: Qəzzada dağıntıların miqyası son dərəcə böyükdür
Far.Az xəbər saytı

Mahmud Abbas: Qəzzada dağıntıların miqyası son dərəcə böyükdür


Qəzzada dağıntıların miqyası son dərəcə böyükdür, bölgə, demək olar ki, tamamilə dağıdılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib.

"Mən bəzi rəqəm və sayları təqdim etmək istərdim. Qəzzada ölən və yaralananların sayı 260 minə çatıb. Qərb sahilində daha minlərlə yaralı var. Dağıntıların həcmi, miqyası fəlakətlidir, zolaq demək olar ki, tamamilə dağıdılıb. İnfrastrukturun 85%-i məhv edilib", - M.Abbas deyib.

O həmçinin qeyd edib ki, Fələstin regiondakı vəziyyətin nizamlanması üzrə Rusiya ilə işləməyə hazırdır və həll yoluna nail olacağına ümid edir.

Oxşar xəbərlər

Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər