Zaur Mikayılov Ucarda vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Zaur Mikayılov Ucarda vətəndaşları qəbul edib


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Ucar rayonunda vətəndaşları qəbul edib.

"Report" ADSEA-ya istinadən xəbər verir ki, qəbulda Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Z. Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakının bu ərazilərində içməli su və kanalizasiya xətləri yenilənir
Zaur Mikayılov Masallıda vətəndaşlarla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər