Bakı metrosu "Stadler Rail Group"la 300 yeni vaqon alınmasını müzakirə edib
"Bakı Metropoliteni" QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti minimum istismar xərcləri olan 300-ə qədər yeni vaqonun alınmasını müzakirə edib.
"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr qurumun İdarə Heyətinin (İH) sədri Vüsal Aslanov və "Stadler Rail Group"un İH-nin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə aparılıb.
Tərəflər 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işləri də nəzərdən keçirib. Layihələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.
P.Şpuler "Stadler"in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə məlumat verərək bu bilikləri Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













