İspaniya parlamentinin sədri Azərbaycanla ortaq dəyərlərin olduğunu deyib
Azərbaycan və İspaniyanı enerji keçidinə sadiqlik birləşdirir, bu keçid iqlim dəyişikliyi problemlərinin həllinə töhfə verir.
"Far.Az" xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşün nəticələrinə dair "X" sosial şəbəkəsində yazıb.
"Biz bu mürəkkəb və sürətlə dəyişən dünyada paylaşdığımız problemləri və məqsədləri müzakirə edə bildik. Sülh, beynəlxalq hüquqa və insan hüquqlarına hörmət, dialoq kimi münaqişələrin həlli vasitəsi - bütün bunlar bizi birləşdirir", - deyə o yazıb.
Armenqol Sosias enerji keçidinin də vacib birləşdirici amil olduğunu vurğulayıb.
"Bizi həmçinin iqlim dəyişikliyi problemlərini həll etməyə kömək edən enerji keçidinə sadiqliyimiz birləşdirir. İspaniya və Azərbaycan naminə bu gün bizi qəbul edən bu gözəl ölkədə parlament diplomatiyasının bir hissəsi olmaq xoş idi", - o qeyd edib.
En Bakú me he reunido con Sahiba Gafarova, presidenta del Milli Majlis.
— Francina Armengol (@F_Armengol) January 23, 2026
Hemos podido debatir sobre los retos y objetivos que compartimos en este mundo tan complejo y cambiante. La paz, el respeto al orden internacional y a los derechos humanos, el diálogo como herramienta para… pic.twitter.com/Ep6TAXjYqD
Oxşar xəbərlər
Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
İspaniyanın Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Fransina Armenqol Sosias: İspaniya Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













