Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
Far.Az xəbər saytı

Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib


Türkiyə Prezidenti Rəcəb Tayyyib Ərdoğan İstanbulda baş tutan Balkan Sülh Platformasının ikinci iclasının bəzi iştirakçılarını qəbul edib.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının "X" hesabında məlumat yayılıb.

Görüşdə Albaniya, Bosniya və Herseqovinanın, Monteneqro, Kosovanın xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Türkiyə Prezidenti Şimali Makedoniya və Serbiyanın da rəsmiləri ilə müzakirələr aparıb.

Qeyd edək ki, Balkan Sülh Platforması Türkiyənin rəhbərliyi ilə regional mülkiyyət anlayışına əsaslanaraq bölgə məsələlərinə davamlı həll yollarının tapılmasına töhfə vermək məqsədilə qurulub. Platformanın ilk iclası 2025-ci il iyulun 26-da İstanbulda keçirilib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər