Alyaskada Şimali Amerikanın ən böyük yerüstü qazma qurğularından biri aşıb
ABŞ-nin Alyaska ştatında buzlu yolla daşınma zamanı "Doyon 26" qazma qurğusu - Şimali Amerikanın ən böyük mobil yerüstü qazma qurğularından biri aşıb.
"Report" xəbər verir ki, bu barədə Alyaska qubernatoru Mayk Danlivi "X" sosial şəbəkəsində bildirib.
"Mənə "Doyon 26" qazma qurğusunun daşınma zamanı aşdığı barədə məlumat verilib və mən "ConocoPhillips" rəhbərliyi ilə əlaqə saxlamışam. Kiçik yanğın baş verib, lakin ilkin məlumatlara görə, ətraf mühitə ziyan minimaldır, neft infrastrukturu və obyektləri zərər görməyib", - o yazıb.
M.Danlivinin sözlərinə görə, hadisə yerinə mütəxəssislər qrupu çatıb, hazırda qurğunun qaldırılması planı hazırlanır.
"Vəziyyəti qiymətləndirdikcə daha çox məlumat əldə edəcəyik", - qubernator qeyd edib.
Yerli KİV hadisənin yanvarın 23-ü axşam baş verdiyini bildirib.
Qazma qurğusu 4,5 min tondan çoxdur və sərt Arktika şəraitində son dərəcə böyük məsafələrdə qazma aparmaq üçün nəzərdə tutulub. "Doyon Drilling" və "ConocoPhillips" arasında 2011-ci ildə başlayan əməkdaşlıq çərçivəsində yaradılan qurğu 2020-ci ildə Şimal yamaca gedib və Kuparuk yatağının işlənməsi də daxil olmaqla bir sıra layihələrdə əsas rol oynayıb.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













