Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 1 milyard avronu keçib
Far.Az xəbər saytı

Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 1 milyard avronu keçib


Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 1 milyard avronu keçib.

"Far.Az"un məlumatına görə, bunu Baltikyanı respublikanın prezidenti Gitanas Nauseda bəyan edib.

"Litva Ukraynanın ən fəal müttəfiqlərindən biri olaraq qalır, ümumi hərbi yardımın məbləği 1 milyard avronu keçib", – Nausedanın sözlərini onun mətbuat xidməti yayıb.

Prezidentin sözlərinə görə, 2025-ci ildə bu dəstəyin həcmi Litvanın ümumi daxili məhsulunun (ÜDM) 0,28 %-ni təşkil edib. "Bu bizim öhdəliklərimizi aşır", – deyə Nauseda vurğulayıb.

Vilnüs 2024-cü ildə hər il Ukraynaya müdafiə və təhlükəsizlik ehtiyacları üçün milli ÜDM-in 0,25 %-ni ayırmağı öhdəsinə götürmüşdü ki, bu da təxminən 190 milyon avro təşkil edir.

Nauseda qeyd edib ki, Litva digər öhdəliklərini də yerinə yetirməyə davam edəcək.

"Beynəlxalq missiyalar çərçivəsində biz Ukraynaya sursat tədarükünü və beynəlxalq minatəmizləmə koalisiyasında iştirakımızı davam etdirəcəyik", – deyə o bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər