Əmək pensiyaları və pensiya kapitalı nə qədər artacaq? - AÇIQLAMA
"Əmək Pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Sözügedən qanunun 29.1-1 maddəsində qeyd edilir ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri əmsalının illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir".
Far.Az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Deputat bildirib ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır:
"Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq".
V.Bayramov bildirib ki, pensiya kapitalın indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalanacağı gözlənilir. Bununla da istehlak qiymətləri əmsalının illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək:
"Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimallaşdırmaqdır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların əmsallaşdırılaraq artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əməkhaqqıda artım faizinə uyğun olaraq çoxaldılır. Pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Miroslav Kloze "Latsio" klubunu çalışdıra bilər
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Azərbaycanda daha bir aqropark yaradılıb













