Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər
Far.Az xəbər saytı

Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər


Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının formalaşdırılması perspektivi tamamilə realdır.

Far.Az xəbər verir ki, bunu Yaponiyanın torpaq resursları, infrastruktur, nəqliyyat və turizm nazirinin müşaviri Şiomi Hideyuki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında bildirib.

"Bildiyiniz kimi, Yaponiya seysmik təhlükəsizlik sahəsindəki sərt normaları ilə məşhurdur. Bu baxımdan, Yaponiyanın qabaqcıl zəlzələyə dayanıqlı tikinti texnologiyalarının tətbiqi məqsədilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının təşkili, eləcə də bilik mübadiləsi perspektivi açılır. Azərbaycan hökumətindən müvafiq təşəbbüs daxil olarsa, biz mütləq bu istiqamətdə işə başlayacağıq", - o vurğulayıb.

Müşavir həmçinin qeyd edib ki, Yaponiya vaxtilə əhalinin sayının sürətli artımına əvvəlcədən hazırlaşaraq şəhər planlaşdırması sistemini qurub və infrastrukturu mərhələli şəkildə inkişaf etdirib.

"Əminəm ki, bu yanaşmalar böyük ehtimalla şəhərlərinizin perspektiv inkişafı və abadlaşdırılması üçün faydalı olacaq. Biz qarşılıqlı faydalı əməkdaşlığa səmimi qəlbdən şad olarıq", - Ş. Hideyuki əlavə edib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər