BMT rəsmisi: "2030-cu ilə qədər şəhərlərdə su ehtiyatlarına təzyiq artacaq"
2030-cu ilə qədər şəhərlərdə su ehtiyatlarına təzyiq daha da artacaq.
Far.Az report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyasında deyib.
O bildirib ki, qlobal miqyasda su və sanitariya problemi hələ də öz aktuallığını qoruyur: "Hər gün milyardlarla insan evlərində kranı açanda suyun axacağına inanır. Lakin 2,2 milyard insan üçün bu inam hələ də mövcud deyil. 3,5 milyard insan üçün isə təhlükəsiz idarə olunan sanitariya əlçatmaz olaraq qalır".
O qeyd edib ki, bu rəqəmlərin arxasında sadə bir reallıq dayanır: "Hamı üçün su və sanitariya hələ də əldə edilməsi çətin olan bir hədəfdir. Dayanıqlı İnkişaf Məqsədi üzrə son tapıntılar göstərir ki, irəliləyiş mümkündür. 2015-ci ildən bəri 961 milyon insan təhlükəsiz idarə olunan içməli suya, 1,2 milyard insan təhlükəsiz idarə olunan sanitariyaya və 1,6 milyard insan əsas gigiyena xidmətlərinə çıxış əldə edib".
R. Marsudi urbanizasiya prosesinin su ehtiyatlarına təzyiqi artırdığını qeyd edib: "Hazırda dünyanın 100 ən böyük şəhərinin yarısı yüksək səviyyəli su qıtlığı yaşayır. 2030-cu ilə qədər dünya əhalisinin 60 %-dən çoxunun şəhər yerlərində yaşayacağı təxmin edilir ki, bu da şəhərlərdəki su ehtiyatlarına daha çox təzyiq göstərəcək. Buna görə də, hədəfə çatmaq üçün hamı üçün təhlükəsiz idarə olunan içməli suyu təmin etmək naminə çox çalışmalıyıq. Bu baxımdan, su operatorları və kommunal xidmət müəssisələri kollektiv su səylərinin onurğa sütunu kimi böyük rol oynayır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək













