WUF13 çərçivəsində "Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda panel təşkil olunub
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü "Hər kəs üçün münasib mənzil" mövzusunda tematik panellər təşkil olunub.
"Report" xəbər verir ki, ilk panel "Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda təşkil olunub.
Nadya Qyanenin moderatorluğu ilə keçirilən panel seqmentinin açılışında WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva, Somalinin ictimai işlər, bərpa və mənzil təsərrüfatı naziri Ayub İsmail Yusuf və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Natiqlər çıxışlarında şəhərlərin inkişafının sosial inteqrasiya, insan ləyaqətinin qorunması və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd edilib ki, artan urbanizasiya, miqrasiya və iqlim dəyişiklikləri fonunda çoxtərəfli əməkdaşlıq və inklüziv siyasətlər xüsusi əhəmiyyət kəsb edir və bu da öz növbəsində Yeni Şəhərsalma Proqramının əhəmiyyətini artırır.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Somali 2025–2026-cı illər üçün BMT-nin Məskunlaşma Proqramının "Hər kəs üçün münasib mənzil" üzrə Hökumətlərarası Ekspert İşçi Qrupunun həmsədridir.
Panel diskussiyada Mərakeşin şəhər planlaması, mənzil və şəhər siyasəti üzrə naziri Adib Ben-Brahim, Kambocanın Baş nazirinin müavini, torpaqların idarə edilməsi, şəhər planlaması və bərpa naziri Say Sam Al, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri üzrə nazirinin müavini Ömer Bulut, Meksikanın Mexiko şəhərinin meri Karla Bruqada sosial inklüzivliyin təmin olunmasında milli təcrübələr barədə danışıblar. Bildirilib ki, mənzil təminatı insan hüququ kimi nəzərdən keçirilməli, onun ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas rolu diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma cəmiyyətdə sosial bərabərsizliyi aradan qaldırmağa, həssas qrupların mənzilə çıxışını yaxşılaşdırmağa və yoxsulluğa qarşı mübarizə üçün siyasət və fəaliyyətlərin əhəmiyyətini artıracaq.
Sessiyanın ilk günündə "Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar" və "Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzularında panellərin keçirilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













