Zuğulbada yunan-roma güləşi üzrə açıq məşq keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında yunan-roma güləşi üzrə açıq məşq keçirilib.
Azərbaycan Güləş Federasiyasından "Far.Az"a verilən məlumata görə, tədbirdə iştirak edən federasiyanın İcraiyyə Komitəsinin üzvü, olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov, olimpiya mükafatçısı, 2 qat dünya, 3 qat Avropa çempionu Rafiq Hüseynov, Avropa və dünya mükafatçısı Taleh Məmmədov, milli komandanın məşqçisi, Avropa və dünya mükafatçısı Elvin Mürsəliyev gənc idmançılara söz açıb, onlara məsləhətlərini veriblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, güləşin təbliği və inkişaf etdirilməsindən ibarət olub.
Sonda açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Mehriban Əliyevanın doğum günüdür
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













