Badara və Seyidbəyli kəndlərinə yola salınan növbəti köç karvanları Xocalıya çatıb
Badara və Seyidbəyli kəndlərinə yola salınan 25 ailədən ibarət növbəti köç Xocalı şəhərinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin olunub.
*** 12:48
Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Badara və Seyidbəyli kəndlərinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailə (34 nəfər) daimi qayıdışı təmin edilib.
Bununla da Badara kəndinə daimi qayıdan ailələrin sayı 73-ə (286 nəfər), Seyidbəyli kəndinə qayıdan ailələrin sayı isə 69-a (250 nəfər) çatacaq.
Qeyd edək ki, Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə (3 min 700 nəfər) təşkil edib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Xocalıya və Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













