Qırğızıstanda Azərbaycanla əlaqələrin gücləndirilməsi müzakirə edilib
Far.Az xəbər saytı

Qırğızıstanda Azərbaycanla əlaqələrin gücləndirilməsi müzakirə edilib


Qırğızıstanın Joqorku Keneşdə (parlament) Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə həsr olunmuş dinləmələr keçirilib.

"Report" Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qırğızıstanın Azərbaycan və Gürcüstandakı səfiri Maksat Mamıtkanov məruzə ilə çıxış edib.

Məlumata görə, müzakirələr zamanı komitə üzvləri bir sıra məsələlərə, xüsusilə Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə diqqət yetiriblər.

İclas zamanı 2025-ci ildə Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsinin 10 milyon dollar təşkil etdiyi qeyd edilib və Azərbaycan-Qırğızıstan inkişaf fondunun fəaliyyətinin aktivləşməsinin zəruriliyi vurğulanıb.

Həmçinin, iclas iştirakçıları mədəni-humanitar əməkdaşlığın inkişafını müzakirə edib, bunun dövlətlərarası əlaqələrin və xalq diplomatiyasının gücləndirilməsi üçün əhəmiyyətini qeyd ediblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər