ABŞ-də güclü qar: 30 nəfər ölüb, 23 ştatda fövqəladə vəziyyət elan edilib
ABŞ-də ölkə boyu yağan güclü qar səbəbilə 30 nəfər ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Qeyd olunub ki, səbəblər arasında geri hərəkət edərkən insanları vurub öldürən ehtiyatsız qar təmizləyən sürücülər də var. Arkanzas və Texasda bir neçə yeniyetmə xizək sürərkən həyatını itirib.
Həftəsonu soyuq hava şəraitində Nyu-York küçələrində səkkiz nəfərin meyiti tapılıb və onların ölüm səbəbləri araşdırılır. Ştat üzrə temperaturun mənfi 12,3 dərəcə olacağı gözlənilir.
Şiddətli soyuq böyük elektrik kəsintilərinə səbəb olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, elektrik xətlərinin bərpası bir neçə gün çəkəcək. Eyni zamanda, bu həftənin sonlarında ABŞ-nin şərq sahillərinin bəzi yerlərində daha bir güclü qar yağışı baş verə bilər.
"NBC News"un məlumatına görə, 23 ştatda fövqəladə vəziyyət elan edilib.
1 milyondan çox abonent elektrik və istiliksiz qalıb. 25 yanvarda ölkədə 10 mindən çox uçuş ləğv edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
-
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb













