KİV: Həsəkə və Kamışlıda Suriya təhlükəsizlik qüvvələri yerləşdiriləcək
Suriya daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə və Kamışlı şəhərlərində yerləşdiriləcək.
"Report" "Al-Ikhbariya" telekanalına istinadən xəbər verir ki, bu barədə qərar Dəməşqdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə "Suriya Demokratik Qüvvələri"nin (SDQ, PKK qrupunun qolu) komandanı arasında aparılan danışıqların nəticəsində qəbul olunub.
Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və silahlı dəstələrin ölkənin şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.
Gələcəkdə SDQ üzvləri hökumət qoşunlarına və güc strukturlarına inteqrasiya olunacaq. Bu proses hər iki tərəfin maraqlarını nəzərə alan plana uyğun həyata keçiriləcək.
Bundan əvvəl Rusiya hərbçilərinin Əl-Kamışlı aerodromundan çıxarıldığı bildirilmişdi. Qeyd olunurdu ki, Rusiya qüvvələrinin texnikası və ağır silahları Xmeymim bazasına köçürülür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
-
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb













