BMT TŞ Yəmən üzrə missiyanın mandatını sonuncu dəfə uzadıb
Far.Az xəbər saytı

BMT TŞ Yəmən üzrə missiyanın mandatını sonuncu dəfə uzadıb


BMT Təhlükəsizlik Şurası Yəmənin Hudeydə şəhərində atəşkəsə dəstək üzrə BMT-nin xüsusi missiyasının (UNMHA) mandatını sonuncu dəfə uzadıb.

"Report" Türkiyənin "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın daimi nümayəndəliyi tərəfindən hazırlanan qətnamə 13 səslə qəbul edilib, Rusiya və Çin isə səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu missiyanın mandatını martın 31-nə qədər uzadır.

Sənəddə missiyanın fəaliyyətinin səmərəli, effektiv və təhlükəsiz şəkildə başa çatdırılması, habelə qalan hər hansı funksiyanın BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsinin ofisinə təhvil verilməsinin planlaşdırılması və hazırlanması çağırışı yer alıb.

Missiya pandemiyadan əvvəl - 2019-cu ildə Yəmən hökuməti ilə husi üsyançıları arasında bir il əvvəl İsveçin Stokholm şəhərində imzalanmış sazişin icrasına dəstək məqsədilə Təhlükəsizlik Şurası tərəfindən yaradılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər