Aİ ilə Azərbaycan arasında regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub
Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Qert Yan Kopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə baş direktor "X" hesabındakı paylaşımında bildirib.
"Avropa İttifaqı və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev (Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - red.) və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi - red.) Aİ-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunur.
Aİ rəsmisi, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə iqtisadi əlaqələr, nəqliyyat və enerji mövzuları ətrafında fikir mübadiləsi aparıb.
"Regional əlaqə üçün açar olan Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırmanı başlatdıq", - Qert Yan Kopman paylaşımında qeyd edib.
Delighted to also meet Ministers @MikayilJabbarov, @RashadNNabiyev, @ParvizShahbazov, and Deputy Minister @YalchinRafiyev.
— Gert Jan Koopman (@GertJanEU) January 28, 2026
Discussions focused on 🇪🇺–🇦🇿 economic ties, transport & energy. We launched the feasibility study for the Nakhchivan railway—key for regional connectivity. pic.twitter.com/VFtxn5n6VZ
Oxşar xəbərlər
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













