Minneapolisdə atışmada iştirak edən sərhədçilər xidmətdən kənarlaşdırılıb
Minneapolisdə qanunsuz miqrantlara qarşı keçirilən və bir kişinin ölümü ilə nəticələnən reyddə iştirak edən ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməkdaşları işdən müvəqqəti çıxarılıb.
"Far.Az" "NBC News" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin bildirib.
Onun sözlərinə görə, söhbət hüquq-mühafizə orqanını inzibati məzuniyyətə göndərilən iki əməkdaşından gedir. İşçilərin şəxsiyyətləri açıqlanmır. Çərşənbə axşamı Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller Sərhəd Xidmətinin əməkdaşlarının hadisə zamanı protokolu pozduğunu güman edib.
Xatırladaq ki, yanvarın 7-də ICE əməkdaşı 37 yaşlı yerli sakin Rene Nikol Qudu güllələyib. Onun avtomaşını heç bir işarəsi olmayan xidmət pikapının yolunu bağlayıb. Rene Nikol Qudun öldürülməsi təkcə Minneapolisdə deyil, bütün ölkədə immiqrasiya xidmətlərinə qarşı geniş miqyaslı etirazlara səbəb olub.
Yanvarın 24-də Minneapolisdə ICE əməkdaşları 37 yaşlı tibb qardaşı Aleks Prettini güllələdikdən sonra başqa etiraz dalğası başlayıb. Onun müqavimət göstərdiyi və silahlı olduğu iddia edilirdi, lakin bir çox internet istifadəçisi həmin şəxsin əlində telefon olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













