Cənubi Koreya dünyada ilk olan süni intellekt qanununu qüvvəyə mindirdi
Cənubi Koreya süni intellekti tənzimləyən və dünyada ən əhatəli hüquqi sənədlərdən biri sayılan "Süni İntellektin Əsas Qanunu"nu (SKAIA) qüvvəyə mindirib. Yeni qanun ölkəni ABŞ və Çinlə yanaşı, dünyanın aparıcı süni intellekt güclərindən birinə çevirməyi hədəfləyir.
BAKU.WS xəbər verir ki, qanun süni intellekt xidməti göstərən şirkətlər üçün şəffaflıq tələbləri müəyyənləşdirir. Belə ki, süni intellektlə yaradılan məzmunlar etiketlənməli, "deepfake" materiallar isə istifadəçilər üçün açıq şəkildə qeyd olunmalıdır. Səhiyyə, işə qəbul və kredit təsdiqi kimi sahələrdə istifadə edilən "yüksək təsirli" süni intellekt sistemləri üçün risk qiymətləndirilməsi və qərar mexanizmlərinin sənədləşdirilməsi tələb olunur.
Qaydaları pozan şirkətləri 30 milyon vona ( 37,000 - 38,000 Azərbaycan manatı) qədər cərimə gözləyir. Hökumət uyğunlaşma üçün bir illik keçid dövrü vəd etsə də, yerli startaplar qanunun innovasiyanı məhdudlaşdıra biləcəyini bildirirlər. Vətəndaş cəmiyyəti isə sənədin vətəndaşların hüquqlarını qorumaq baxımından yetərli olmadığını vurğulayır.
Qeyd edək ki, Cənubi Koreyanın bu yanaşması Avropa İttifaqı və ABŞ-dən fərqli olduğu üçün qlobal miqyasda diqqətlə izlənilir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













