Starmer Cinpinlə danışıqları konstruktiv və səmərəli adlandırıb
Far.Az xəbər saytı

Starmer Cinpinlə danışıqları konstruktiv və səmərəli adlandırıb


Böyük Britaniya ilə Çin arasındakı münasibətlər yaxşı və sabit vəziyyətdədir.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Çin sədri Si Cinpinlə danışıqların yekunlarına əsasən bildirib.

Baş nazir qeyd edib ki, görüş konstruktiv keçib və konkret nəticələrə gətirib çıxarıb.

"Biz spirtli içkilərə görə rüsumlar, Çinə vizasız səfərlər, eləcə də qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərində həqiqətən də yaxşı irəliləyişlərə nail olduq", - Starmer əlavə edib.

Öz növbəsində, Cinpin Pekinin Böyük Britaniya üçün birtərəfli vizasız rejimin tətbiqi mümkünlüyünü fəal şəkildə nəzərdən keçirdiyini bildirib. O, iki dövlət arasında əlaqələrin və təmasların genişləndirilməsinə çağırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər