Tramp bir ildə ABŞ iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb etdiyini bildirib
Far.Az xəbər saytı

Tramp bir ildə ABŞ iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb etdiyini bildirib


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hakimiyyətdə olduğu bir il ərzində ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb edə bilib ki, bu da sələfi Co Baydenin göstəricilərini 18 dəfədən çox üstələyir.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "The Wall Street Journal" qəzeti üçün yazdığı məqaləsində qeyd edib.

"Mən Amerikaya əvvəllər heç bir ölkənin qarşılaşmadığı nəhəng həcmdə investisiyaları təmin etmək üçün gömrük rüsumlarından uğurla istifadə etdim. Co Bayden, öz hesablamalarına görə, dörd il ərzində Birləşmiş Ştatlara 1 trilyon dollardan az yeni investisiya cəlb etmişdi. Biz isə bir ildən az müddətdə 18 trilyon dollardan çox öhdəlik götürülməsinə nail olduq", - deyə o bildirib.

Tramp həmçinin göstərib ki, Çin mallarının ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

"Çinin ABŞ idxalındakı payı bu ölkənin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil olmasından bəri ən aşağı səviyyəyə enib və ABŞ-yə yüz milyardlarla dollar daxil olur", - deyə Tramp yazıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər