ABŞ Dövlət Departamenti İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü təsdiqləyib
ABŞ Dövlət Departamenti İsrailə 6,52 milyard dollar məbləğində potensial hərbi tədarükü üç müqavilə çərçivəsində təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilələrdən biri 1,98 milyard dollar dəyərində "JLTV" yüngül taktik maşınların və onlara aid avadanlıqların satışını nəzərdə tutur. İkinci müqavilə 3,8 milyard dollar dəyərində "AH-64E Apache" helikopterlərinin satışını ehtiva edir. Üçüncü hərbi müqavilə isə 740 milyon dollar məbləğində bağlanıb.
Birinci sövdələşmə üzrə əsas podratçı "AM General LLC", "Apache" helikopterlərinin tədarükü üzrə podratçılar isə "Boeing" və "Lockheed Martin" şirkətləridir.
2025-ci ilin martında ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Donald Trampın yanvarın 20-də prezident vəzifəsinin icrasına başlamasından bəri onun administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində hərbi texnika tədarükünü təsdiqləyib.
Rubio həmçinin vəd edib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinin təmin edilməsi sahəsində Amerikanın uzunmüddətli öhdəliklərini yerinə yetirmək üçün bütün mövcud vasitələrdən istifadəyə davam edəcək. Elə həmin vaxt o, ABŞ-nin İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcəyinə dair sənədi imzalayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













