NYT: ABŞ-də immiqrasiya agentlərinin ordersiz saxlama səlahiyyətləri genişləndirilib
ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti öz agentlərinin order olmadan insanları həbs etmək səlahiyyətlərini genişləndirib.
"Report"un məlumatına görə, bu barədə daxili sənədləri əldə etmiş "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu yenilik federal agentlərin səlahiyyətlərini artırır. Belə ki, əvvəllər agentlər konkret bir şəxsin həbsi üçün order alaraq hədəfli saxlamalar həyata keçirirdilər. İndi isə xidmət əməkdaşları reydlər zamanı bir şəxsin ölkədə qanunsuz olması və həbs orderi hazırlanan müddətdə qaça biləcəyi barədə şübhələri yaranarsa, onu dərhal saxlaya biləcəklər.
NYT yazıb ki, əvvəllər bu cür hərəkətlər yalnız immiqrasiya xidməti agenti şübhəlinin gələcəkdə mühakimə olunmaqdan yayına biləcəyini (məsələn, dinləmələrə gəlməyəcəyini) güman etdikdə mümkün idi. Qəzet qeyd edib ki, xidmətin direktoru vəzifəsini icra edən Todd Leyons belə yanaşmanı "əsassız" və "yanlış" hesab edib. İndi isə, əgər ICE əməkdaşı orderin verildiyi an şəxsin "aşkarlandığı yerdə və ya digər konkret yerdə tapılmayacağına" qərar verərsə, order tələb olunmayacaq.
NYT-nin rəyini soruşduğu ekspertlərin fikrincə, bu cür təfsir həbs orderinin verilməsini faktiki olaraq mənasız edəcək və federal agentlərə,demək olar, istədikləri hər kəsi saxlamağa imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













