Qışda papaq taxmaq saçlara zərərlidirmi? - Doğru bilinən yanlış
Qış aylarında bir çoxları papaq taxmağın saç tökülməsinə səbəb olduğunu düşünür. Halbuki, soyuq hava və şaxta saç tellərinə papaqdan daha çox zərər verə bilər.
Far.Az xəbər verir ki, aşağı temperatur və külək saçları qurudur, kövrəkləşdirir və qırılmanı artırır.
Papaq isə saçları bu təsirlərdən qoruyur və baş dərisinin həddindən artıq soyumasının qarşısını alır. Lakin sintetik və çox dar papaqlar elektriklənməyə və narahatlığa səbəb ola bilər. Bu səbəbdən təbii materialdan hazırlanmış modellərə üstünlük verilməsi daha məqsədəuyğundur.
Qışda saçların sağlam qalması üçün bir neçə məqama diqqət yetirmək kifayətdir. Saçı çox isti su ilə yumaq məsləhət görülmür, çünki bu, quruluğu artırır. Həftədə bir neçə dəfə nəmləndirici maska istifadə etmək faydalıdır. Həmçinin nəm saçla soyuq havaya çıxmaq saçın daha tez zədələnməsinə səbəb ola bilər.
Düzgün qulluq və uyğun papaq seçimi qış aylarında saçların daha sağlam və parlaq qalmasına kömək edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













