Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb
Far.Az xəbər saytı

Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb


Rumıniya Prezidenti Nikuşor Dan 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb.

"Report"un məlumatına görə, 2025-ci ildə protokol tədbirləri zamanı qəbul edilən və qiymətləndirmə komissiyasına təqdim olunan hədiyyələrin siyahısı Prezident Administrasiyasının saytında yer alıb.

Ən bahalı hədiyyə Böyük Britaniya kralı III Karlın imzası və həyat yoldaşı kraliça Kamillanın avtoqrafı ilə birlikdə təqdim edilən fotoşəkil olub. Komissiya bu hədiyyəni 3,5 min avro dəyərində qiymətləndirib. Hədiyyələr arasında, həmçinin Çoson sülaləsinin ənənəvi simvolu təsvir edilən ipək üzərində işlənmiş Koreya rəsm əsəri də var. Onun dəyəri 968 avro olaraq göstərilib.

Dövlət başçısı kilsə avadanlıqları, farfor dəstləri, albomlar, sikkələr və hətta qalstuk da daxil olmaqla ümumilikdə 40 hədiyyə qəbul edib. Ən ucuz hədiyyələr isə Moldovadan gətirilmiş üç rəsm əsəri olub – hər biri təxminən 5 avro dəyərində qiymətləndirilib.

Bütün hədiyyələr Prezident Administrasiyasının anbarına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər