NATO ölkələrinin HDQ-si Norveç sahillərində təlimlərə başlayır
Far.Az xəbər saytı

NATO ölkələrinin HDQ-si Norveç sahillərində təlimlərə başlayır


NATO-nun beş ölkəsinin Hərbi Dəniz Qüvvələri (HDQ) bazar ertəsi Norveçin qərb sahillərində 11 günlük "Arctic Dolphin 26" sualtı qayıqlara qarşı mübarizə təlimlərinə başlayır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Manevrlər zamanı Arktika şəraitində sualtı qayıqların axtarışı və məhv edilməsi üzrə əməliyyatlar məşq ediləcək.

Təlimlərdə alyansa üzv ölkələrin sualtı qayıqları, gəmiləri, helikopterləri və sualtı qayıqlara qarşı təyyarəsi, həmçinin NATO-nun Birinci Daimi Dəniz Qrupunun gəmiləri iştirak edir.

Xüsusilə təlimlərə Norveçin freqatı və sualtı qayığı, Britaniya və Niderlandın sualtı qayıqları, habelə Almaniyadan bir sualtı qayıq və iki köməkçi gəmi cəlb olunub. Aviasiya komponenti isə Danimarka helikopterləri və Britaniyanın "P8" patrul təyyarəsi ilə təmsil olunur.

"Arctic Dolphin" təlimləri təkcə Norveç Hərbi Dəniz Qüvvələri üçün deyil, həm də NATO üçün vacib təlimlərdir. Bu, NATO-nun Şimalda mövcudluğa sadiqliyini nümayiş etdirir və bizə bir neçə müttəfiqlə mühüm birgə təlimlər keçirmək imkanı yaradır", – deyə Norveç Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Kirre Haugen bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər