MM Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib
Far.Az xəbər saytı

MM Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib


Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə lordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiqi barədə qanun layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:

a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;

b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;

c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

MM Azərbaycanla İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edəcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər