"Real"ın sabiq qapıçısı "Barselona"dan təklif gözləyir
İspaniyanın "Real" (Madrid) kollektivinin sabiq qapıçısı Keylor Navas "Barselona"dan təklif gözləyr.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar əsas qolkiperləri Mark-Andre ter Ştegenin zədələnərək, mövsümün sonuna qədər sıradan çıxmasından sonra yeni əlcək sahibi axtarışına başlayıblar.
Bununla da 37 yaşlı Navas yenidən La Liqada çıxış edə biləcəyini, hətta maaş məsələsinin onun üçün problem olmadığını bildirib.
Kosta-rikalı qapıçı 2014-2019-cu illərdə "Real"da çıxış edib, daha sonra Fransanın PSJ komandasına transfer olub. O, son olaraq 2023-cü ildə İngiltərənin "Nottingem Forest" klubunun şərəfini qoruyub və hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, Mark-Andre ter Ştegenin zədələnməsindən sonra "Barselona"nın sabiq qapıçısı, karyerasını bitirmiş Klaudio Bravo da yenidən komandaya kömək etməyə hazır olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Karyerasını bitirmiş qapıçı "Barselona"ya kömək etmək istəyir
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Klaudio Bravo 41 yaşında karyerasını başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













