Rektor: Özbəkistan Dövlət Dünya Dilləri Universitetində Azərbaycan dili ikinci əsas dil oldu
Özbəkistan Dövlət Dünya Dilləri Universitetində Azərbaycan dili ikinci əsas tədris dili olub.
"Far.Az" xəbər verir ki, bu barədə ali məktəbin rektoru İlhomcon Tuxtasinov bildirib.
Onun sözlərinə görə, bu, universitet üçün vacib və bir çox cəhətdən tarixi hadisədir.
"Biz Azərbaycan dilini ikinci xarici dil kimi tətbiq etdik. Bundan başqa, universitetimizdə Azərbaycandan olan dörd mütəxəssis artıq uğurla peşəkar fəaliyyət göstərir", - rektor qeyd edib.
Tuxtasinov xatırladıb ki, 2025-ci ilin dekabrında universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu hadisə Özbəkistanla Azərbaycan arasında humanitar əməkdaşlığın genişləndirilməsində mühüm addım olub.
Rektor vurğulayıb ki, universitet rəhbərliyi Azərbaycan dili, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi üçün əlverişli mühit yaratmaq niyyətindədir. Onun sözlərinə görə, tələbələr xarici dillərə, o cümlədən türk, Azərbaycan və ingilis dillərinə böyük maraq göstərirlər.
O, həmçinin bildirib ki, ötən gün Azərbaycan Dillər Universitetində Özbək Dili və Mədəniyyəti Mərkəzi açılıb. Tədbir böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 585 illiyinə həsr olunub. Səfər çərçivəsində tərəflər əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bununla yanaşı, Özbəkistan tərəfi yeni mərkəzə dil və ədəbiyyata dair kitablar, həmçinin özbək şair və yazıçıların əsərlərinin tərcümələrini, o cümlədən Əlişir Nəvainin əsərlərini təqdim edib.
"Biz təhsil, elm və innovasiyalar sahəsində əməkdaşlığı daha da genişləndirmək, xarici dillərin tədrisində müasir metodikalar tətbiq etmək niyyətindəyik. Ölkələrimiz tarixi və mədəni əlaqələr baxımdan yaxındır. Əlişir Nəvai özbək ədəbi dilinin inkişafında mühüm rol oynayıb, Məhəmməd Füzuli isə türk poeziyası ənənələrini davam etdirib. Mədəniyyət, təhsil və elm sahəsində əlaqələrin inkişafı Özbəkistan və Azərbaycanın strateji maraqlarına cavab verir", - rektor əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Məktəbin ilk günündən FOTOLAR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər













